İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya bazarında neft qiymətləri artıb

489 27.01.2023 12:26 İqtisadiyyat A A

Neft bir sıra amillərə görə cüzi bahalaşıb.

“Report” birjalara istinadən xəbər verir ki, “Brent” markalı neftin mart fyuçersləri 0,42 % bahalaşaraq 87,84 ABŞ dollarına satılıb. "WTI" markalı neftin mart fyuçerslərinin qiyməti isə 0,43 % artaraq 1 bareli 81,36 ABŞ dolları təşkil edib.

İnvestorlar bazarın əsas amillərini qiymətləndirməyə davam edirlər. Tələb baxımından əsas diqqət yenə də Çinə yönəlib. Belə ki, bu ölkədə karantin məhdudiyyətlərinin yumşaldılmasından sonra iqtisadi canlanma ümidləri artıb. Təklif baxımından mühüm amillər sırasında "OPEC+" təşkilatının atacağı addımlar və Rusiyaya qarşı neft sanksiyaları var.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR