İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya barıt çəlləyinə dönməyəcək: Qlobal qıtlıq və bahalaşma olacaq

856 10.12.2023 22:57 Dünya A A

ABŞ-ın “Vista Outdoor” şirkəti dünyada baş verən müharibələr üzündən barıt çatışmazlığı yaranacağını proqnozlaşdırır.

Musavat.com-un məlumatına görə, şirkətin sözçüsü Brett Nelson Newsweek-ə verdiyi açıqlamada bildirib ki, qlobal hadisələrlə əlaqədar tədarükçüləri onlara “görünməmiş tələbat və gözlənilən qlobal barıt çatışmazlığı barədə" xəbərdarlıq ediblər.

Nelson qeyd edib ki, mövcud vəziyyətlə əlaqədar olaraq, şirkət öz məhsullarının qiymətlərini artırır. Nəşr qeyd edir ki, yaxın gələcəkdə Remington, Alliant Powder, CCI, Federal, SEVI-Shot və Speer kimi şirkətlər patron qiymətlərinə yenidən baxacaqlar. Sursatın qiymətinin 7 faizə qədər artacağı gözlənilir.

“Vista Outdoor” barıt və sursatların qiymətlərinin artmasının səbəblərini açıqlamayıb, lakin nəşrin qeyd etdiyi kimi, Ukrayna və Yaxın Şərqdəki münaqişə bu mallara tələbatı xeyli artırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR