İnsanlara hürriyət, millətlərə istiqlal!

Dükandan biskvit oğurlayıb qaçan uşağı belə döydülər - VİDEO

1385 17.09.2022 20:46 Hadisə A A

İstanbulda ərzaq mağazasından biskvit oğurladığı iddiası döyülən uşağı məhəllə sakinləri xilas edib.

Musavat.com xəbər verir ki, döyülən oğlan “biskvit almışam, qardaş” deyərək özünü müdafiə edib.

İddialara görə, dünən axşam saatlarında  İstanbulda Gültəpə Məhəlləsi Şehit Mahmut Ergül küçəsində yerləşən ərzaq mağazasına bir uşaq girərək biskvit götürərək qaçıb. Dükan sahibi oğlanları ilə birlikdə qaçan uşağın arxasınca düşüb.

Bir müddət sonra tutulan uşaq 4 nəfər tərəfindən təpik və şillə ilə döyülüb. Hadisəyə yerli sakinlər müdaxilə edərək döyülən uşağı xilas etməyə çalışıblar. Həmin anlar ətrafdakılar tərəfindən mobil telefon kamerası ilə lentə alınıb. Görüntülərdə döyülən oğlanın “biskvit almışam, qardaş” dediyi eşidilib.

Digər tərəfdən, uşağın döyülməsinə ətrafdakılar evlərindən qışqıraraq reaksiya veriblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR