İnsanlara hürriyət, millətlərə istiqlal!

Dudanın dediyi sözlər krımlı deputatı ümidləndirib

548 04.02.2024 13:06 Dünya A A

Polşa prezidenti Anjey Dudanın Ukraynanın böyük ehtimalla Krımı qaytara bilməyəcəyi ilə bağlı sözləri Kiyevə yarımadadan əl çəkməsinin zərurət olması barədə siqnaldır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu Dövlət Dumasının Krım regionundan deputatı Mixail Şeremet deyib.

“Polşa prezidenti cəsarətini toplayıb və əslində Kiyev hakimiyyətinə siqnal verib ki, krımlıları rahat buraxsınlar və Krımın ələ keçirilməsi ilə bağlı illüziyalar və şücaətlə əylənməyi dayandırsınlar.

Eyni zamanda, Şeremet yarımadanın Rusiyaya birləşdirilməsi üçün heç bir əsasın olmadığını təkid edən Qərb ölkələrinin mülahizələrini “kin və ikiüzlülük” adlandırıb.

“Qərb Rusiyanın Krımı ilə bağlı bütün yalanlara və Rusiyaya qarşı ittihamlara görə üzr istəməli olacaq”, - deyə o, yekunlaşdırıb.

Bundan əvvəl Polşa prezidenti Kiyevin Krıma nəzarəti bərpa etmək qabiliyyətinə şübhə etdiyini bildirib. "Ukraynanın Krımı qaytarıb-qaytarmayacağını bilmirəm, amma inanıram ki, o, Donetsk və Luqanski qaytaracaq", - o deyib. Duda əlavə edib ki, tarixən yarımada çox vaxt Rusiyanın əlində olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR