İnsanlara hürriyət, millətlərə istiqlal!

Dubay Londondan qaçan rus oliqarxlara qucaq açır

1434 25.03.2022 18:20 Gündəm A A

Dubay göydələnlərinin damındakı penthauslarda əyləncəli rus gecələri başlayıb

Qərbdə rus oliqarxları ətrafında “sanksiya ilgəsi” daraldıqca, biznes elitasının daha çox nümayəndəsi öz əmlaklarını və azadlıqlarını xilas etmək üçün “təhlükəsiz sığınacaq” axtarır. “İndi zənginlər yeni əraziləri, ilk növbədə BƏƏ-də kəşf edirlər”- “Bloomberg” belə yazır. Agentliyin xəbərinə görə, son həftələrdə Birləşmiş Ərəb Əmirliyində rusların daşınmaz əmlaka marağı hədsiz artıb və müştərilər arasında Roman Abramoviç də peyda olub. Maqnatları ən çox “Palma Jumeirah” süni adası maraqlandırır.

Abramoviçin BƏƏ-yə marağı fevralın sonundan- Britaniya hakimiyyəti onun krallıqdakı aktivlərini dondurandan və ölkəyə girişinə qadağa qoyandan sonra başlayıb.

Download wallpapers Burj Khalifa, Downtown Dubai, modern architecture,  skyscrapers, modern buildings, evening, mixed-use complex, Dubai, United  Arab Emirates for desktop free. Pictures for desktop free

“İnterfaks”ın məlumatına görə, son iki həftə ərzində BƏƏ-də rusdilli alıcıların daşınmaz əmlaka maraq bir neçə dəfə artıb, ən böyük tələbat qiyməti 250 min dollardan 500 min dollara qədər olan əmlaklaradır.

Zənginlərin ərəb dövlətini seçməsinin səbəblərindən biri də Əmirliyin anti-Rusiya sanksiyaları ilə bağlı kifayət qədər təmkinli mövqeyidir. Məsələn, BMT-də Rusiya əleyhinə qətnaməni dəstəkləmədilər, Moskvadan Dubaya birbaşa uçuşlar davam edir.
Bundan əlavə, BƏƏ-nin vergilər baxımından kifayət qədər sabiq qanunvericiliyi var. Məsələn, gəlir vergisi və əmlak vergisi, habelə kapitalın idxalına və əmlaka sahiblik hüququna məhdudiyyətlər yoxdur. Rusları əmlak və gəlir vergilərinin olmaması cəlb edir. Dubayda 204 min dollara ev almaq kifayətdir ki, üç illik yaşayış icazəsi də əldə edəsən.

See the Luxury Dubai Properties Luring Fleeing Russian Billionaires

Artıq ölkədə 115 mindən çox rus dilində danışan var ki, onlardan 40 mini ruslar, qalanları isə keçmiş SSRİ-dən, o cümlədən Ukraynada olanlardır. Bu o deməkdir ki, BƏƏ-nin 10 milyon əhalisinin 1 faizini rusdilli əhali təşkil edir.

Qərb mediası isə Dubay göydələnlərinin damındakı penthauslarda əyləncəli rus gecələri olması ilə bağlı xəbərlərlə doludur. Daşınmaz əmlakın sahibləri deyirlər ki, indi ölkədə Moskvadan dəbdəbəli mənzillərin kirayəsi üçün minlərlə dollar ödəməyə hazır olan çoxlu varlı qonaq var.

Dubay turist qəbul etməyə hazırlaşır

"Golden Brown Group"un baş direktoru Tatyana Burlakovskaya bildirib ki, martın əvvəlindən rusların Dubayda daşınmaz əmlak alması fevral ayı ilə müqayisədə 40% artıb. Rusların Dubaydakı əmlak əməliyyatlarının sayı ötən illə müqayisədə 70% artıb.
“Becar Asset Management” in prezidenti Aleksandr Şarapov rusların Dubayda daşınmaz əmlaka hazırkı tələbatını heyrətamiz adlandırıb, baxmayaraq ki, Ukrayna böhranından əvvəl də bu sahəyə rusiyalıların marağı olub. O qeyd edib ki, 2021-ci ildə Dubayda daşınmaz əmlakın dəyəri 44%, bu ilin yanvar-fevral aylarında isə daha 7% artıb. Onun sözlərinə görə, hazırda Dubayda əmlak sövdələşmələri 272 min -816 min dollar arasında dəyişir.

Bundan başqa, Birləşmiş Ərəb Əmirlikləri ilə Rusiyanın birbaşa uçuşlarını davam etməsi də rus varlıları üçün bir üstünlük hesab olnur. Rusiyalı varlıların Gürcüstan və Türkiyədə də əmlak bazarına diqqəti artıb. Rusiyadan xarici valyutanın çıxarılmasının 10 min dollar civarında məhdudlaşdırılması isə əlavə problem yaradır. Məsələn, bəzi bankları rublu qəbul etmək istəmirlər. Üstəlik, martın 7-dən etibarən bir sıra xarici banklar Rusiya vətəndaşları üçün hesab açmaqdan imtina etməyə başlayıblar.

Orxan ƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR