İnsanlara hürriyət, millətlərə istiqlal!

DSX Akademiyasının inzibati binasında baş verən yanğının fəsadları aradan qaldırılıb - VİDEO

500 08.12.2022 18:05 Hadisə A A

Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasında baş verən yanğının fəsadları qısa müddətə aradan qaldırılıb.

Musavat.com xəbər verir ki, Akademiyanın damında qısa qapanmadan baş vermiş yanğından sonra bina təmir olunub.

Qeyd edək ki, dekabr ayının 6-da saat 16:40-da Dövlət Sərhəd Xidməti Akademiyasının əsas korpusunda yanğın hadisəsi baş verib. Akademiyanın şəxsi heyəti tərəfindən yanğının lokallaşdırılması və söndürülməsi üzrə ilkin zəruri tədbirlər görülüb, Fövqəladə Hallar Nazirliyinin “102” qaynar xəttinə məlumat verilib, əraziyə yanğınsöndürənlər cəlb edilib. Baş vermiş hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev başda olmaqla qurumun rəhbər heyəti hadisə yerinə yollanıb.

Akademiyanın şəxsi heyəti arasında xəsarət alan olmayıb.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR