İnsanlara hürriyət, millətlərə istiqlal!

“Dövlət vəsaitlərindən istifadəyə nəzarətin gücləndirilməsi vacibdir”

511 13.11.2023 12:48 İqtisadiyyat A A

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili büdcə müzakirələrində vacib bir təkliflə çıxış edib.

Musavat.com-un xəbərinə görə, komitə sədri bildirib ki, Azərbaycanda təkcə büdcə vəsaitlərindən deyil, bütövlükdə dövlət vəsaitlərindən istifadəyə nəzarətin gücləndirilməsi vacibdir:

“Büdcə xərclərində qeyri-neft qaz məhsullarının ixracının, müxtəlif iqtisadi dəstək tədbirlərinin həyata keçirilməsi üçün ayrılan vəsaitləri vacib hesab etməklə yanaşı, cari xərclərin artım dinamikasının, publik hüquqi şəxslərə ayrılan subsidiyaların artım dinamikasının, nəticə əsaslı büdcə planlaşdırılması və icrası üçün büdcə təşkilatlarının strateji planlama sahəsində davranışlarının arzu olunan həddə olmamasının da bizi narahat etdiyini demək istərdim. Hesab edirik ki, nəzarət yalnız xərclərə deyil, həm də gəlirlərin formalaşmasında hansı prinsiplərə əməl edildiyini əhatə etməlidir”.

Komitə sədri qeyd edib ki, son 5 il ərzində Azərbaycanda dövlət büdcəsinin qeyri-neft gəlirləri təqribən 6,3 milyard manat və yaxud 60% artıb:

“Neft-qaz sektoru üzrə dövlət büdcəsi gəlirlərinin azalmasının əsas səbəbləri növbəti ilə təbii qazın satış qiymətlərinin kəskin düşməsi, neft hasilatında gözlənilən azalma ilə izah edilir. Bu riskləri nəzərə alaraq ölkəmizdə alternativ enerji layihələrinin uğurla icra edilməsi istiqamətində mühüm işlər görülür və əminliklə demək olar ki, Azərbaycan regionun əsas yaşıl enerji ixracatçısına çevriləcək. Qeyri-neft qaz sektoru üzrə vergi və gömrük orqanlarının vastitəsilə təmin olunan gəlirlərin təqribən 1,1 milyard manat artıq planlaşdırılmasını məqbul hesab edir, buna ölkədə gedən iqtisadiyyatda keyfiyyət dəyişiklikləri, biznes mühitinin şəffaflaşması, dövlət-sahibkar arasında etimad mühitinin artması, həmçinin, inflyasiyanın və idxalın artmasının zəmin yaradacağını düşünürük. Ümumiyyətlə, son 5 ildə vergi və gömrük orqanlarının xətii ilə təmin olunan dövlət büdcəsinin qeyri-neft gəlirlərinin 6,3 milyard manat və yaxud 66% artması təqdirəlayiq haldır”.

T.Mirkişili eyni zamanda bildirib ki, Azərbaycanda təkcə büdcə vəsaitlərindən deyil, bütövlükdə dövlət vəsaitlərindən istifadəyə nəzarətin gücləndirilməsi vacibdir:

“Büdcə xərclərində qeyri-neft qaz məhsullarının ixracının, müxtəlif iqtisadi dəstək tədbirlərinin həyata keçirilməsi üçün ayrılan vəsaitləri vacib hesab etməklə yanaşı, cari xərclərin artım dinamikasının, publik hüquqi şəxslərə ayrılan subsidiyaların artım dinamikasının, nəticə əsaslı büdcə planlaşdırılması və icrası üçün büdcə təşkilatlarının strateji planlama sahəsində davranışlarının arzu olunan həddə olmamasının da bizi narahat etdiyini demək istərdim. Hesab edirik ki, nəzarət yalnız xərclərə deyil, həm də gəlirlərin formalaşmasında hansı prinsiplərə əməl edildiyini əhatə etməlidir”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR