İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət büdcəsində artırılan vəsaitlər hansı sahələrə xərclənəcək - siyahı və rəqəmlər

1520 28.06.2022 11:59 İqtisadiyyat A A

Milli Məclisdə 2022-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirələr davam edir. Dövlət büdcəsində artırılan və xərclər arasında yerdəyişmələrin hesabına yaranan ehtiyat vəsaitlərin aşağıdakı istiqamətlərə yönəldilməsi nəzərdə tutulur:

Böyük qayıdışın daha sürətlə təmin edilməsi üçün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yol-nəqliyyat infrastrukturunun yaradılması, həmçinin ölkəmizin digər regionlarında nəqliyyat-kommunikasiya infrastrukturunun təkmilləşdirilməsi üzrə layihələrin maliyyələşdirilməsi üçün 1 477 milon manat;

Müdafiə qabiliyyətinin və hərbi qüdrətin daha da artırılması, Milli təhlükəsizlik sahəsində tədbirlərin maliyyələşdirilməsi üçün 588 mln manat;

Vətən müharibəsi zamanı ölkəmizin bəzi rayon və şəhərlərində zərər çəkmiş yaşayış və qeyri-yaşayış sahələrini bərpası və yenidən qurulması üzrə tədbirlərin maliyyələşdirilməsi üçün 34 mln manat;

Sosial müdafiə sahəsində, o cumlədən cari il ərzində götürülən sosial öhdəliklər, əmək pensiyaları üzrə maddi yardım, əmək haqqı və sosial müavinətlər üzrə ödənişlərin maliyyələşdirilməsi üçün – 519 mln manat”

Ərzaq təhlükəsizliyi üçün tədbirlər üzrə əlavə ehtiyatların yaradılması üçün – 193 mln manat;

Sahibkarlığın inkişafı ilə bağlı tədbirlərin dəstəklənməsi üçün 163 mln manat

- Bir sıra zəruri kommunal və kommunikasiya xərclərinin təmin edilməsi üçün 42 mln manat vəsait nəzərdə tutulur.

Musavat.com-un xəbərinə görə, bu barədə Milli Məclisdəki büdcə müzakirələrində komitə sədri Tahir Mirkişili bildirdi. Qeyd etdi ki, 2022-ci ildə ÜDM-nin həcminin 115.4 mlrd manat, ÜDM-in artım tempinin 5.5%, orta illik inflyasiyanın 12.5%, xam neftin bir barelinin orta illik qiymətini isə 85 dollar olacağı proqnozlaşdırılır. Komitə rəhbərinin sözlərinə görə, təqdim olunmuş büdcə layihəsi büdcə qaydasının Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 mart tarixli Fərmanına əsasən, iki göstəricisi üzrə müəyyən edilmiş hədləri çərçivəsindədir: “Müzakirələr dövlət büdcəsinə təqdim edilən dəyişikliklərin dövlət və cəmiyyət qarşısında duran mühüm çağırışların dəf edilməsinə, görülən işlərin genişləndirilməsi, yarana biləcək problemlərin önlənməsinə xidmət edəcəyini deməyə əsas verib.

Beləliklə, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Qanuna təklif edilən dəyişikliklər ilə bağlı aparılan müzakirələri əhatəli və məhsuldar hesab edir. Hesab edirik ki, müzakirə etdiyimiz dövlət büdcəsinə dəyişikliklər layihəsi 2022-ci il üçün ölkəmiz qarşısında yaranacaq çağırışlara layiqli cavab vermək və bütün istiqamətlərdə dövlət siyasətini həyata keçirmək üçün mühüm maliyyə bazası yaradacaqdır. Bunları nəzərə alaraq “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklər edilməsi barədə Qanun layihəsini Milli Məclisin plenar iclasında 2-ci oxunuşda qəbul edilməsi üçün məqbul hesab edirik. Deputat həmkarlarımdan da bu layihələri bir daha dəstəkləmələrini xahiş edirəm”.

E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR