İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət başçısı ELAN ETDİ: Ümumi daxili məhsulumuz rekord həddə!

598 10.01.2023 17:40 İqtisadiyyat A A

"Keçən il bizim ümumi daxili məhsulumuz rekord həddə - 134 milyard manata çatıb".

Musavat.com xəbər verir ki, bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.

“Biz bütün işləri öz hesabımıza edirik, müharibədən sonra heç kimdən yardım almamışıq. Sadəcə olaraq, iki ölkənin - Özbəkistanın və Qazaxıstanın prezidentləri Füzulidə iki məktəbin tikintisinə özləri təşəbbüs göstərmişlər. Bundan başqa biz heç bir yerdən bir manat yardım almamışıq. Ona görə iqtisadi müstəqillik mütləq güclənməlidir və keçən il bizim ümumi daxili məhsulumuz rekord həddə çatıb. Son dəqiqləşdirilmiş məlumata görə 134 milyard manata çatıb. Bu da təxminən 80 milyard dollara bərabər olan rəqəmdir. Əlbəttə ki, həm də xarici ticarət artıb, 50 milyard dolları ötüb. Xarici ticarətin müsbət saldosu 25 milyard dollar təşkil edir. Yəni, iqtisadiyyatla məşğul olanlar bilirlər ki, bu, nə deməkdir və eyni zamanda, bizim xarici borcumuz azalıb”, - deyə dövlət başçısı vurğulayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR