İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət başçısı: "44 gün ərzində əldə etdiyimiz qələbəmiz bir çoxları üçün gözlənilməz idi"

230 22.04.2022 12:45 Gündəm A A

“Biz müharibəni də ləyaqətlə aparmışıq, postmüharibə dövründə də özümüzü ləyaqətlə aparırıq və postmünaqişə dövrünün nəticələri haqqında danışmaq olar. Bizim 44 gün ərzində əldə etdiyimiz qələbəmiz bir çoxları üçün gözlənilməz idi”.

“Report” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib.

“Hərbi ekspertlər, siyasətçilər, bu məsələ ilə məşğul olan müxtəlif təşkilatların nümayəndələri həmişə bizə deyirdilər ki, bu müharibəni Azərbaycan uda bilməz. Çünki Ermənistan 30 il ərzində işğal edilmiş ərazilərdə istehkamlar qurmuşdu, müdafiə xətləri qurmuşdu, eyni zamanda Qarabağın təbii relyefi elədir ki, torpaqları azad etmək çətin olacaq, çoxlu itkilər olacaq. Ancaq nəticədə bütün bu fərziyyələr demək olar ki, etibarsız oldu”, - Prezident qeyd edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR