İnsanlara hürriyət, millətlərə istiqlal!

Donbasda ölüm-dirim savaşı: “Kamaz”la meyitlər daşınır - CANLI gündəm

2112 20.04.2022 15:26 Gündəm A A

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ukrayna Silahlı Qüvvələrinin azad etdiyi Borodyankada olub. O qeyd edib ki, Borodyankada da vəziyyət Buça və Ukraynanın bir çox digər şəhərlərindəki kimidir.

Luqansk vilayətində rus işğalçılarının hücumları və müdafiəni yarıb keçmək cəhdləri uğursuzluqla nəticələnir. Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday deyib.

“Rusların bütün həmlələri, müdafiəmizi yarıb keçmək cəhdləri uğursuz alınıb. İtkiləri çoxdur, xəstəxanalar yaralı ruslarla doludur, “Kamaz”lar Luqanska daha çox meyit aparırlar. Texnikaları döyüş meydanında qalıb. Ciddi itkiləri var”, - Qayday bildirib.

Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Aleksandr Motuzyanik deyib ki, son bir neçə gün ərzində rus ordusu Şərq əməliyyat zonasında hücumu əhəmiyyətli dərəcədə gücləndirib, raket və artilleriya hücumlarının sayını artırıb.

TVMusavat-ın saat 16:00-da canlı yayınında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Ukrayna böhranını və Paşinyanla Putin görüşünün nəticələrini dəyərləndirir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı: https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR