İnsanlara hürriyət, millətlərə istiqlal!

Dolların bahalaşması neftin qiymətinə NECƏ TƏSİR EDİR?

1181 21.02.2023 14:50 İqtisadiyyat A A

Dünən 84,30 dollara kimi bahalaşan Brent markalı neftin bir barrelinin qiyməti günü 84,07 dollarla tamamlayıb.

Musavat.com xəbər verir ki, bu gün saat 09:44-də Brent markalı neftin bir barrelinin qiyməti dünən ilə müqayisədə 1,02 faiz azalaraq 83,21 dollara düşüb. Eyni dəqiqələrdə Qərbi Texas tipli (WTI) xam neftin bir barreli 76,61 dollar olub.

Qiymətlərin ucuzlaşmasına ABŞ Federal Ehtiyat Sisteminin (FED) gələcək pul siyasətinə dair qeyri-müəyyənliklər və dolların bahalaşması təsir edib.

Bütün dünyada artan inflyasiya narahatlıqları mərkəzi bankların sərtləşdirmə siyasətlərini nə qədər davam etdirəcəkləri ilə bağlı suallar yaradır. (Sərtləşdirmə siyasəti mərkəzi bankların ölkə iqtisadiyyatında yüksək inflyasiyanın qarşısını almaq üçün gördüyü tədbirlərdir. Bu siyasətlə banklar faiz dərəcələrini artırır, yaxud mərkəzi bankın balansını azaltmaqla pul siyasətini sərtləşdir, bununla da çox sürətli olan iqtisadi artımı zəiflədirlər).

Mütəxəssislər inflyasiya təzyiqlərinin artması ilə FED rəsmilərinin sərtləşdirmə siyasətini daha da artıracağını vurğulayıblar. Bildirilib ki, FED-in sabah açıqlanacaq iclas protokollarında gələcək pul siyasəti ilə bağlı mühüm detallar yer alacaq.

Bankın sərtləşdirmə siyasətini qoruyacağına dair gözləntilər tələb narahatlığını artıraraq qiymətlərin aşağı düşməsinə səbəb olub. Bu prosesdə artan dollar dəyəri digər valyutalardan istifadə edən alıcılar üçün nefti bahalaşdırır. Bu vəziyyət həm alışların azalmasına, həm də neftin qiymətinin aşağı düşməsinə səbəb olur.

Digər tərəfdən, dünyanın ən böyük neft idxalçısı olan Çində neftə olan tələbatın artacağına dair gözləntilər qiymətlərin enişini məhdudlaşdırıb.

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və Beynəlxalq Enerji Agentliyi ötən həftə açıqladığı aylıq neft bazarı hesabatlarında bu il qlobal neft tələbatının artması ilə bağlı proqnozları artırıb və bu artımın əhəmiyyətli hissəsinin Çindən gələcəyini bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR