İnsanlara hürriyət, millətlərə istiqlal!

Diri-diri basdırılan 62 yaşlı kişi belə xilas olundu - VİDEO

1492 21.05.2024 21:25 Dünya A A

Moldova polisi diri-diri basdırılmış 62 yaşlı kişinin xilas edilməsini əks etdirən video yayımlayıb. Görüntülər Moldova Baş Polis Müfəttişliyinin saytında yerləşdirilib.

Hadisə mayın 11-də Qlodyanski rayonunun Ustye kəndində baş verib. Sərxoş şəxs mübahisə zamanı bıçaqla kişini vuraraq evinin yaxınlığındakı tarlada olan zirzəmiyə itələyib. Bundan sonra o, zərərçəkən çölə çıxa bilməsin deyə üstünə çoxlu torpaq töküb.

O, yalnız mayın 13-də başqa cinayəti araşdıran polis əməkdaşları tərəfindən boğuq qışqırıqlar eşidildikdə xilas edilib.

Moldova polisinin yaydığı kadrlarda kişinin basdırıldığı zirzəminin necə olduğu görünür. Zirzərminin quruluşu tamamilə gizlədilib. İçəridə stul, stol və döşək olan otaq var./lent.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR