İnsanlara hürriyət, millətlərə istiqlal!

DİQQƏT! Novruz gəlməmiş o xəbər gəldi - ayyarım sonra...

2457 20.03.2024 10:31 Gündəm A A

Növbəti əfv fərmanının may ayında imzalanacağı gözlənilir

Adətən hər il Novruz qabağı əfv fərmanı imzalanırdı.  Mövzu ilə bağlı Yenisabah.az-a açıqlamasında Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib ki, bu il əfv fərmanının may ayında imzalanacağı gözlənilir. Hüquq müdafiəçisi bunları qeyd edib: “Mən belə başa düşürəm ki, əfvi may ayına saxlayıblar. Mayda əfv sərəncamı olacaq”.

Novella Cəfəroğlunun sözlərinə görə, budəfəki əfv qərarı ötənilki kimi çox sayda məhbusu əhatə edə bilər. “Mən bununla bağlı dəqiq nəsə deyə bilmərəm. Yəqin ki, yenə də çox sayda  məhbusa şamil olunacaq”.

Qeyd edək ki, ötən ilin mayında ölkə başçısının Heydər Əliyevin 100 illiyi münasibəti ilə imzaladığı əfv sərəncamı 801 məhbusu əhatə edib.

Çingiz Qənizadə: "Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi  və mədəni əlaqələr bağlayır"

Çingiz Qənizadə

Mövzu ilə bağlı Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Əfv fərmanı cənab Prezidentin müstəsna hüququdur və konstitusiya uyğun olaraq istədiyi zaman həm fərdi, həm də bir çox şəxslərlə bağlı əfv fərmanı verə bilər. Əfv fərmanı adətən hökmlər qanuni qüvvəyə minmiş şəxslərə aid edilir və  burada onlar ya cəzadan tamamilə, ya da cəzaların çəkilməmiş müəyyən hissəsindən azad oluna bilirlər. 

Artıq Novruz bayramıdır və buna görə də təbii ki, əfv fərmanının olacağı qeyri-mümkün görünür. Çünki adətən əfv fərmanından öncə Əfv Komissiyasının üzvləri bir neçə iclas keçirir və müraciətlərə baxırlar. Hazırda bu müraciətlərə baxılması ilə bağlı Əfv Komissiyasından hər hansı məlumatlar daxil olmadığına görə deyə bilərik ki, növbəti əfv fərmanı artıq may ayında, Ulu öndərin doğum günündə və yaxud 28 May Cümhuriyyət günü ilə bağlı verilə bilər. Buna ümid edirik".

Rəşad Məcid Mətbuat Şurasının sədri seçilib

Rəşad Məcid

Əfv Komissiyasının üzvü Rəşad Məcid də mövzu ilə bağlı bunları qeyd edib: “Adətən Novruz bayramında əfv fərmanının imzalanması ilə bağlı artıq yanvar ayından Əfv Komissiyası fəaliyyətə başlayırdı. Bu il isə Azərbaycanda keçirilən prezident seçkisi ilə bağlı Əfv Komissiyası yığışmadı. Əfv fərmanı bir humanizm, mərhəmət aksiyasıdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra yüzlərlə əfv fərmanı imzalanıb. Mən 2016-cı ildən Əfv Komissiyasının üzvüyəm və bu müddət ərzində komissiyanın necə şəffaf işlədiyinin şahidi olmuşam. Həm Əfv Komissiyasının üzvləri, həm də orada iştirak edən müvafiq orqanların rəhbərləri hər bir şəxsin müraciətinə həssaslıqla yanaşırlar. Mən həmişə tərəfdarı olmuşam ki, əfv olunanların sayı mümkün qədər çox olsun, xüsusən də ehtiyatsızlıqdan cinayət törədən şəxslərə aid olsun. 

Beləliklə, güman edirəm ki, Novruz bayramından sonra komissiya yığışar və növbəti bayramlara qədər öz iclasını yekunlaşdırıb, cənab Prezidentə əfv olunacaq insanların siyahısını təqdim edər. Güman ki, əfv fərmanı may ayında olar".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR