İnsanlara hürriyət, millətlərə istiqlal!

Dini fanatizmin bu qədəri – Kəlküttədə iki aslanı ayırmaq istəyirlər

997 05.03.2024 13:15 Dünya A A

Hindistanın Kəlküttə şəhərinin məhkəməsi iki aslanı dini zəmində ayrı-ayrı məkanlarda yerləşdirməyə dair iddiaya baxacaq.

Musavat.com-un xarici mediaya istinadla verdiyi xəbərə görə, ərizəçilər israr edirlər ki, Əkbər adlı şir islamı, Sita adlandırılan aslan isə induizmi qəbul etdiyi üçün birlikdə yaşaya bilməzlər. İinduslar bu cür birgəyaşayışı dini hisslərə təhqir sayır və artıq cütlüyün ayrılmasını tələb edirlər. İndi hər iki yırtıcı Qərbi Benqaliyanın Siliquri safari parkında yaşayır. Aslanların özləri birlikdə yaşamaqdan narazılıq bildirməyiblər.

Əgər şikayətçilər heyvanların əziyyət çəkdiyini (fiziki və ya ruhi cəhətdən) sübut edə bilsələr, administrasiya məhkəmə qərarını yerinə yetirməli olacaq.

Heyvanların Hindistandakı zooparklar arasında mübadilə proqramı çərçivəsində müxtəlif ölkələrdən safari parkına gəldiyi məlum olub. Aslanın adı Moğol sülaləsindən olan imperator Məhəmmədin şərəfinə Əkbər qoyulub. Dişi aslan isə qədim hind dastanı Ramayanadan Lord Ramanın həyat yoldaşı Sitanın adını daşıyır. Məhz bu, diaspor nümayəndələrinin şikayətlərinə səbəb olub.

Müraciət edən şəxs Hindistandan kənarda daha çox Dünya Hindu Şurası kimi tanınan Vişva Hindu Parishadıdır. O, bu cütlüyün taleyi ilə bağlı narahatlığını dəfələrlə dilə gətirib. Əvvəllər şikayət şirə ad seçimi ilə bağlı olub. Keçən dəfə məhkəmə ərizəçiləri dəstəkləməyib və bir il sonra yeni, məlum iddia yaranıb.

Aslanların düşüncəsi, eləcə də heyvan müdafiəçilərinin fikri hələ məlum deyil.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR