İnsanlara hürriyət, millətlərə istiqlal!

DİN TƏCİLİ məlumat yaydı: saxlanılan var - VİDEO FOTO

1331 20.02.2024 13:10 Kriminal A A

Sabunçu rayonunda axtarışda olan silahlı şəxs tutulub.

Musavat.com DİN-ə istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin 14-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən növbəti tədbir zamanı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə axtarışda olan Bilgəh qəsəbəsi sakini 1995-ci il təvəllüdlü Mirzə Mirzəyev saxlanılıb.

SAXLANİ.jpg (1.01 MB)

Həmin şəxsdən “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron aşkar olunaraq götürülüb. M.Mirzəyev silah-sursatı satmaq niyyəti ilə özündə saxladığını bildirib. Həmçinin, Sabunçu RPİ-nin 14-cu PŞ-nin əməkdaşları tərəfindən son günlər aparılan profilaktik tədbirlərin nəticəsi olaraq daha 7 ədəd müvafiq sənədləri olmayan ov silahı vətəndaşlar tərəfindən könüllü olaraq polisə təhvil verilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR