İnsanlara hürriyət, millətlərə istiqlal!

Dima Bilan Rusiyadakı mülklərini niyə satır?

515 19.05.2026 11:18 Şou-biznes A A

Məşhur rusiyalı müğənni Dima Bilan Moskva yaxınlığında, "Novorijsk" şosesində yerləşən evini satıb.

Bu barədə obyektin satışında eksklüziv məsləhətçi kimi çıxış edən "NF Group" beynəlxalq konsaltinq şirkəti məlumat yayıb.

Qeyd olunub ki, mülkün satışından sənətçi 250 milyon rubl (təxminən 5.8 milyon AZN) gəlir əldə edib. Evi alan şəxsin kimliyi gizli saxlanılsa da, onun tanınmış sima olmadığı bildirilir.

Xatırladaq ki, ifaçı bundan əvvəl Moskva yaxınlığındakı daha uzaq bir ərazidə ipoteka ilə yeni bağ evi aldığını, bu səbəbdən də digər iki mülkünü satışa çıxarmaq qərarına gəldiyini açıqlamışdı. (lent.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR