İnsanlara hürriyət, millətlərə istiqlal!

Dilan Polatla bağlı daha bir AÇIQLAMA - 11 gündür... VİDEO

575 09.01.2024 13:55 Şou-biznes A A

5 noyabr 2023-cü ildə çirkli pulların yuyulması ilə bağlı həbs edilən məşhur sosial media fenomeni Dilan Polatın Bakırköy Ruhi Əsəb Xəstəxanasında müalicə aldığı məlum olub.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, 11 gündür xəstəxanada müalicə alan Dilanın antidepresan dərmanlarının dəyişdirildiyi öyrənilib.

Dilan Polatın yenidən həbsxanaya göndərilib-göndərilməyəcəyi maraq doğursa da, sözügedən qərarı həkimlərin verəcəyi bildirilir.

Qeyd olunub ki, Dilan Polatın qaldığı Silivridəki Mərmərə Qapalı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi vəziyyəti prokurorluğa çatdırıb. Prokuror həbsxana həkiminin rəyi ilə Dilan Polatın xəstəxanaya göndərilməsinə qərar verib. Həbsdə olan fenomen dekabrın 28-də Bakırköydəki Sinir Xəstəlikləri Tədris və Araşdırma Xəstəxanasına gətirilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR