İnsanlara hürriyət, millətlərə istiqlal!

Dilan Polat psixiatrik xəstəxanaya yerləşdirildi

652 31.12.2023 14:49 Şou-biznes A A

Türkiyədə çirkli pulların yuyulmasında ittiham olunaraq saxlanılan məşhur fenomen Dilan Polat Psixi və Əsəb Xəstəlikləri Xəstəxanasına yerləşdirilib.

2019-cu ildən bəri antidepressant dərman istifadə etdiyi öyrənilən Dilanın dərmanı bitdiyi üçün cümə günü xəstəxanaya yerləşdirildiyi bildirilib.

Müayinələrdən sonra o, yenidən Silivridəki Mərmərə Qapalı Cəza Müəssisəsinə aparılıb.

Xatırladaq ki, Türkiyədə son zamanlar sosial media fenomenlərindən polisə çoxsaylı şikayətlər daxil olur. Keçirilən əməliyyatlar çərçivəsində noyabrın 1-də məşhur fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla, 24 nəfər saxlanılıb. (Qafqazinfo)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR