İnsanlara hürriyət, millətlərə istiqlal!

"Deyirlər ki, küçəyə çıxanda özünə bax"

1529 12.07.2024 18:08 Şou-biznes A A

Əməkdar artist Mehriban Xanlarova ünvanına deyilən tənqidlərdən danışıb.

"O üz" verilişinə qonaq olan aktrisa küçəyə çıxanda bəzənməməsini ona irad bildirildiyini deyib:

"Efirdə necəyəmsə, mağazada da, küçədə də eləyəm. Hərdən mənə deyirlər ki, aktrisasan küçəyə çıxanda özünə bax. Deyirəm ki, nə edim? Məni tanıyan belə tanıyıb, sevən belə sevib. Nə geyinəcəyəm? Bəzənib-düzənib çörək almağa gedəcəyəm? Hələ bir yaylıq da çiynimə atacağam? Bəzən deyirlər ki, olar sizi qucaqlayım? Deyirəm, gəl mən də səni qucaqlayım. Bəzi dırnaqarası sənət adamları özlərini qaldırıb dağ başına qoyublar. Bizi sənətkar edən, tanıdan xalqdır". (Axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR