İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəyərlərdən imtina yaxud xalqı sakitləşdirmək üçün yalançı vəd...

572 05.01.2023 12:01 Region A A

 

“İranda xalq etirazlarının tamamilə nəzarətdən çıxması İranın hərbi, dini rəhbərliyi üçün aydın mesajlar ehtiva edir. Xameneyinin son açıqlamasını İranın öz dəyərlərindən imtinası kimi başa düşmək olar”.

Musavat.com xəbər verir ki, bu fikirləri Xameneyinin son açıqlamasını şərh edən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov səsləndirib. Onun fikrincə, 3 aydan çoxdur bütün ölkəni bürüyən xaosun qarşısını almaqda İran qüvvələri acizdir:

“Aksiyaçılara zorakılıq tətbiq edilsə də, həbslər olsa da, onlar öldürülsə də, narazılıqlar azalmır, əksinə, daha da artır. Bu da İran rəhbərliyi üçün ciddi siqnal deməkdir. Xameneyinin açıqlaması İranın mütləq hesab olunan dəyərlərə qarşı qeyri-səmimi mövqedə olduğunu bir daha nümayiş etdirdi. Əslində, ideologiyaların İrandakı mövcud rejimi, sistemi, hakimiyyəti qorumaq üçün  bir vasitə olduğunu göstərmiş oldular.  İstənilən halda baş verənləri İranda hicabsızlığa doğru addım kimi dəyərləndirmək olmaz, çünki bu, hazırda xalqı sakitləşdirmək və eyni zamanda, aksiyalar qarşısındakı xofu özündə ehtiva edən yalançı vədlərdir.

İranda əvvəllər də bu tipli açıqlamalar verilib, lakin etirazlar, aksiyalar dayandıqdan sonra biz bunun tamam fərqli formada yenidən davam etdirildiyini görmüşük. Bu baxımdan İranda hazırkı rejimin hər hansı formada ənənələrdən vaz keçəcəyini düşünmürəm. İran tarixində bu aksiyalar genişliyi, eyni zamanda böyük zamanı əhatə etməyi baxımından xüsusi fərqlənir. Aksiyaçılar qarşısında qorxudan verilən müxtəlif bəyanatlar və vədlərin gələcəkdə reallığa çevrilməyi şübhəli məsələdir. Buna görə də hər hansı formada İranda hicabsızlığın tətbiq olunacağı kimi qəbul etmək doğru deyil”.     

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR