İnsanlara hürriyət, millətlərə istiqlal!

Dərman qəbul edən şəxslərin orucu puzulurmu? - AÇIQLAMA

771 11.03.2024 16:32 Gündəm A A

Müqəddəs Ramazan ayında oruc tutan şəxsləri narahat edən məsələlərdən biri də dərman qəbul etmələrinin icazəli olub-olmamasıdır. 

Bəziləri dərman qəbul etməyin orucu pozduğunu, digərləri isə buna xələl gətirmədiyini deyirlər. 

Bu suala cavab tapmaq üçün ilahiyyatçı Fərid Abdullaha müraciət etdik. Dinşünas BAKU.WS-ə açıqlamasında bildirdi ki, astma xəstələri oruc tuta bilər:

"Onların istifadə etdiyi məhlul birbaşa ağciyərlərinə gedirsə və qida borusuna getmirsə, orucları düzdür. Bu ayda zəifliyə səbəb olacaq şeylərdən çəkinmək yaxşıdır. Amma zərurət halında diş çəkdirmək də olar. Bir şərtlə ki, bir şey udulmasın. Habelə iynə vurdurmaq da olar. Sistem qoşmaq da. Bir şərtlə ki, bunlar qidalandırıcı, qidanı əvəz edəcək məhlul olmasın.

Əziz müsəlman bacı və qardaşlarıma tövsiyə edirəm ki, din xadimlərinə qarşılaşdıqları durumda sual versinlər. Öz rəyləri əsasında iş görməkdən çəkinsinlər".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR