İnsanlara hürriyət, millətlərə istiqlal!

Derbi öncəsi “CimBom” azarkeşlərinə PİS XƏBƏR - FOTO

2634 19.12.2023 19:55 İdman A A

"Qalatasaray"ın portuqaliyalı yarımmüdafiəçisi Serxio Oliveyra əməliyyat olunub.

Musavat.com xəbər verir ki, bu barədə futbolçu özü paylaşım edib.

O, bildirib ki, sinə əzələsində yaranan problemlə bağlı ölkəsində əməliyyat edilib.

Hazırda, Superliqanın 17-ci həftəsində “Karagümrük”ü qəbul etməli olan "Qalatasaray"da "Fənərbağça" derbisi öncəsi yaşanan zədələrbir xeyli problem yaradır.

Belə ki, Oliveyradan başqa Vilfried Zaha və Davinson Sanchezin də matçlarda meydanda olub olmayacağı sual altındadır. Həmçinin komandanın kapitanı Fernando Muslera da kart cəzası səbəbindən qarşıdakı oyunu buraxacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR