İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan SENSASİON təklif: “İtləri cəbhəyə göndərin”

1292 17.05.2023 20:29 Region A A

Rusiya Dövlət Dumasında sahibsiz itlərin müharibəyə göndərilməsi təklif olunub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu fikir Rusiya Federasiyasının Yakutiyadan olan deputatı Fedot Tumusov tərəfindən səslənib.

“Kinoloqlar iri və aqressiv itləri öyrədəcəklər, onları müharibəyə göndərəcəklər. Qoy bu itlər yaralıları çıxarmağa kömək etsin, minalardan təmizləmədə iştirak etsin. Böyük Vətən müharibəsi təcrübəsi göstərir ki, onlar başqa işlərdə də iştirak edə bilərlər”, - deyə rusiyalı deputat söyləyib.

Tumusov bu təklifi heyvanlarla rəftar haqqında qanuna dəyişikliklərlə bağlı müzakirələr zamanı irəli sürüb. Yeni qanun yerli icra hakimiyyəti orqanlarına sahibsiz köpəkləri öldürmək ixtiyarı da verir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR