İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan Niderlandın ermənipərəst mövqeyinə SƏRT REAKSİYA

553 01.02.2024 11:57 Siyasət A A

Milli Məclisin yaz sessiyası üzrə ilk plenar iclası başlayıb.

Musavat.com xəbər verir ki, Milli Məclisin yaz sessiyasının ilk iclasında çıxış edən deputat, tarix elmləri doktoru Anar İsgəndərov Azərbaycana qarşı Avropadakı qərəzli münasibətdən bəhs edərkən maraqlı tarixi anologiya aparıb.

“Təqribən 100 il əvvəl, 1919-cu ildə Paris Sülh Konfransı öz işinə başladı. Ermənistan iki nümayəndə ilə qəbul olundu. Azərbaycan isə 6 ay sonra Paris şəhərinə çatdı. Ermənistana deyilirdi ki, siz Birinci Dünya Müharibəsinin qalibisiniz. Amma bizə fərqli münasibət bəslənilirdi. Bir təklifi də oldu, İtaliyanın hegomonluğunu qəbul edin. Bu təklifi də qəbul etmədik. Yanvarın 11-də Paris Sülh Konfarnsı bizi tanıdı”-professor bildirdi. A.İsgəndərov qeyd etdi ki, tarix boyunca milyonlarla insanın qanını tökən avropalı olub: “Dünənə qədər qan tökən dövlət Azərbaycaın haqqını qəbul edə bilərlərmi? İndi 1990-cı illər deyil, 2024-cü ildir”,-deyə Anar İsgəndərov bildirib.

Deputat Niderlandın ermənipərəst mövqeyinə də sərt reaksiya verib: “Niderland Azəbaycan dilində tərcümədə “çökəkdə olan dövlət” deməkdir. Sən demə Niderland doğrudan da çökəkdə olan dövlət deməkdir ki, Azərbaycanın qalibiyyətini görə bilmir. Bizi hansısa təşkilatdan çıxara bilərlər. Amma bizi demokratik yolumuzu kəsə bilməzlər”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR