İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan Fransa və Milli Şuraya SƏRT ETİRAZ 

607 19.04.2024 11:37 Siyasət A A

Milli Məclisin növbəti plenar iclası Sahibə Qafarovanın sədrliyi ilə öz işinə başlayıb.

Musavat.com xəbər verir ki, cari məsələlər ətrafında çıxış edən deputat Sahib Alıyev Fransanın Azərbaycandakı səfirini geri çağırmasından danışıb:

“Mən həftə ərzində diqqətimi çəkən bir açıqlama və baş verən iki olaydan danışmaq istəyirəm ki, onlardan ən mühümünü sona saxlayıram. Öncə toxunacaqlarım isə bir-birinə sıx bağlı və anti-Azərbaycan xarakterlidir. Burada söhbət Fransanın Bakıdakı səfirini geri çağırmasından və bizdəki antimilli ünsürlərin mitinq hazırlığından gedir. Əlbəttə, ilk baxışda belə görünə bilər ki, Azərbaycanın onun yeritdiyi neokolonializm siyasətini və digər bəd əməllərini ifşasından qıcıqlanan Fransa dözümsüzlük göstərərək belə bir cılızlığa yol verir. Ancaq Fransanın buradakı səfirini geri çağırmasının arxasında fikrimcə, qərbdə bizim regionda bölücü xətlər çəkmək, dayanıqlı qarşıdurma plasdarmı yaratmaq yönündə kompleks addımlar atmağı planlaşdıranlara pionerlik etmək gizlənir. Aprelin 5-də Brüsseldə keçirilən üçlü görüşdəki üzərindən artıq sirr pərdəsi götürülən gizli sövdələşmə də bunu təsdiqləmirmi? O planı hazırlayanlar istədiklərini asan reallaşdırsınlar deyə bizdəki muzdlu nökərlərindən də faydalanmağa çalışırlar, mitinq ideyası da ona görə ortaya atılıb”.

S.Alıyev Milli Şura rəhbərliyinə sərt etirazını bildirib:

“İtinə “Qızıl” adı qoymaqla varlı görünməyə çalışan kasıbın məntiqilə çıxış edərək yığnaqlarını “Milli Şura” adlandıran antimilli ünsürləri yaxşı tanıdığımdan tam əminliklə deyirəm ki, onlar məhz zəfərimizlə barışmayanların diktəsi ilə onu gözdən salmağa çalışdıqlarını etirafdansa, həmin güclərin qanadı altında “miatsum”çuların Qarabağa gətirilmələri tələbini daha həvəslə səsləndirə bilərlər”.

Deputat daha sonra bunları bildirib:

“Sonda bu yüksək kürsüdən cənab Prezidentə milli maraqlarımızı qətiyyətlə, prinsipiallıqla və səbrlə, bir sözlə, Heydər Əliyevcəsinə reallaşdırdığına, Qarabağı əbədi Azərbaycana qaytardığına görə o regionun bir parçası olan Tərtərin qəhrəman camaatının dərin minnətdarlığını çatdırıram! Bildirmək istəyirəm ki, Qarabağda “miatsum”çuların kökünün kəsilməsi “Dəmir Yumruğ”un, Rusiya hərbi kontingentinin Azərbaycanı vaxtından əvvəl tərk etməsi isə “Dəmir İradə”nin xidmətidir. O iradənin yiyəsinə, uzun əsrlər “parçala, hökm sür” siyasətinin yeridildiyi Qafqazda dayanıqlı sülh qurucusuna - cənab İlham Əliyevə eşq olsun!”

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR