İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat şəhid kapitanın xanımı ilə görüşdü

696 14.07.2022 09:52 Sosial A A

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Vətən müharibəsinin şəhidi kapitan Fəzail Əliyevin həyat yoldaşı Əsmər xanım Əliyeva ilə görüşüb.

Musavat.com-un xəbərinə görə, Əsmər Əliyeva şəhid kapitanın döyüş yolundan, hərbi xidmətlərindən danışıb, xatirələrini bölüşüb.

Onun ürək sözlərini, qayğılarını dinləyən millət vəkili şəhid hərbçimizin əziz ruhuna dərin sayğılarını bildirib, ali dövlət rəhbərliyinin, şəxsən Prezidentin şəhid ailələrinə, yaralı qazilərə yüksək diqqət və qayğısının respublikamızın hər bir səlahiyyətli şəxsi, o cümlədən millət vəkilləri üçün mühüm örnək olduğunu vurğulayıb, şəhid ailələri ilə hər görüşün onunçün çox əziz olduğunu bildirib.

Qənirə Paşayeva şəhid kapitanın xanımına Xarıbülbül motivli xatirə hədiyyəsi bağışlayıb.

Qeyd edək ki, Fəzail Cahan oğlu Əliyev (05.11.1990, Bəhmətli kəndi, Zaqatala – 30.09.2020, Füzuli) 1996-2004-cü illərdə Ə.Cavadov adına Bəhmətli kənd tam orta məktəbində, 2004-2007-ci illərdə isə C.Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2007-2011-ci illərdə H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki Milli Müdafiə Universiteti tabeliyində olan H.Əliyev adına Hərbi İnstitut) ali hərbi təhsil alıb.

Fəzail Əliyev 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. F.Əliyev 26.06.2013-cü ildə “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı ilə, şəhidliyindən sonra “Vətən uğrunda” (15.12.2020), “Füzulinin azad olunmasına görə” (25.12.2020) və “İgidliyə görə” (24.06.2021) medalları ilə təltif edilib.

Azərbaycan Ordusunun kapitanı olan Fəzail Əliyev 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.

Ruhu şad olsun!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR