İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat Fazil Mustafaya sui-qəsd! İki güllə yarası aldı - SON DƏQİQƏ

13479 28.03.2023 22:13 Son xəbər A A

Milli Məclisin deputatı Fazil Mustafa Bakıda yaşadığı evinin qarşısında güllələnib.

Musavat.com xəbər verir ki, Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb. F.Mustafa iki güllə yarası alıb. Çiyin nayihəsindən və ayağından yaralanan millət vəkilinə hazırda öz evində həkim müdaxiləsi edilir. Polis hadisə yerindədir.

Fazil Mustafanın yaxınlarından biri Musavat.com-a bildirib ki, deputat evə gələn zaman öz "Lexus"  markalı maşınıni evinin qarşısında saxlayıb düşərkən avtomat silahdan önun üzərinə atəş yağdırılıb. Millət vəkilini öldürmək istəsələr də, xoş təsadüfdən güllələrdən ikisi həyatı təhlükə təşkil etməyən orqanlarına dəyib. 

Qeyd edək ki, avtomomil də ciddi zərər görəb. Maşının şüşələri isə çilik-çiliş olub.

***

Musavat.com xəbər verir ki, bu xəbər yayılan vaxt orta-ağır vəziyyətdə yaralı olan millət vəkili təcili yardım maşını ilə polislərin müşaiəti ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko) aparılırdı. Deputat hazırda 1 saylı Şəhər Kliniki Xəstəxanasındadır. 

 

Musavat.com

7eee4de7-1136-4410-8129-ba4cf9303138.jpg (78 KB)

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR