İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat: "Bu alçaq hücumu qəti şəkildə pisləyirik"

253 27.01.2023 14:28 Siyasət A A

"İranda Azərbaycan səfirliyinə qarşı törədilmiş cinayət planlaşdırılmış terror aktıdır".

Musavat.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Azay Quliyev deyib.

"Bu gün, yanvarın 27-i səhər saatlarında Azərbaycanın İrandakı səfirliyi terror hücumuna məruz qalıb. Hücum nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, daha iki nəfər əməkdaş yaralanıb. Hadisəni əks etdirən videodan görünür ki, "Kalaşnikov" avtomatı ilə silahlanmış terrorçu səfirliyin binasına asanlıqla daxil olur və ətrafdakılara fərq qoymadan davamlı atəş açır.

Tehranda Azərbaycanın səfirliyinə qarşı təşkil edilmiş bu alçaq hücumu və planlaşdırılmış terror aktını qəti şəkildə pisləyir, bu cinayəti törədənlərin və sifariş edənlərin dərhal tapılıb cəzalandırılmasını tələb edirik. İran hakimiyyəti orqanlarının bu terror hadisəsinin motivlərini başqa səmtə yönəltmək və şəxsi zəmində, adi məişət hadisəsi kimi qələmə vermək cəhdlərini şiddətlə qınayır və bunu terrorçunu açıq müdafiə etmək niyyəti kimi qiymətləndiririk.

Dinc aksiyaçıları edam etdirən İran rejiminin Azərbaycan səfirliyinin əməkdaşını qətlə yetirən terrorçuya hansı cəzanı verəcəyini səbirsizliklə gözləyirik. İran hakimiyyəti Vyana Konvensiyasının tələblərini kobud şəkildə pozduğuna və diplomatik nümayandəliyimizin təhlükəsizliyini qorumadığına görə məsuliyyət daşımalı, müvafiq üzrxahlıq etməli və izahat verməlidir", - millət vəkili bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR