İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat AÇIQLADI: “Cavablardan biri Şuşada olacaq”

639 05.03.2024 13:17 Siyasət A A

Deputat Sahib Alıyev parlamentin plenar iclasında çıxış edərkən Avropa Parlamentinin “Ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsi” ilə əlaqədar illik hesabatı və onun ardınca baş verənlər haqda danışıb.

Musavat.com-un xəbərinə görə, deputat bildirib ki, Avropa Parlamentindəki islamofob ünsürlərin ölkəmizə qarşı sanksiya tələbləri əslində Azərbaycandan da çox, onların əleyhinə işləyir, təcriddə qalmalarını daha da uzadır:

“Ölkəmizə gəldikdə, Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin martın birində Bakıda keçirilən toplantıları göstərdi ki, Avropa Parlamentinin hesabatı nəinki Avropa Komissiyası üçün keçərli deyil, Fransanın indiki baş nazirinin “kiçik Makron” ayamasını daşımağa tam haqq edən Borrel kimilərini çıxsaq, oradakıların əksəriyyətinin həmin sənədə yanaşmaları bizimkindən elə də çox fərqlənmir. Məsələn, mən inanmıram ki, artıq ikinci dəfədir ki, Azərbaycanı Panavropa qaz təchizatçısı adlandıran Avropa Birliyinin energetika məsələləri üzrə komissarı Kadri Simson Avropa Parlamentindəki makronabənzərlərin ölkəmizə qarşı sanksiya tələblərini bölüşsün. Özü də bilə-bilə ki, 2040-cı ilədək Avropa Birliyinin elektrik enerjisinə olan tələbatı 80-dək artacaq və onun təminində də yenə biz mühüm rol oynayacağıq. Yəni Azərbaycan elektrik enerjisi təminatında da Panavropa təchizatçısı olacaq ki, dünən cənab İlham Əliyevin qəbulunda olarkən Bolqarıstan Parlamentinin sədrinin bununla bağlı xahişi də dediyimizin bir növ təsdiqidir. Biz artıq görürük ki, Macarıstan və Rumıniyanın ardından Bolqarıstan da Azərbaycanın yaşıl enerjisini Avropaya çatdıracaq kabelə qoşulmaq istəyir və bununa bağlı xahiş müsbət həll olundu”.

Sahib Alıyev ardınca digər məqama diqqət çəkib:

“Bolqarıstandan da söz düşmüşkən, iki gün öncə Yunanıstanın xarici işlər naziri Azərbaycan qazının ora çatdırılmasında ölkəsinin oynadığı mühüm roldan danışırdı və onun açıqlamasından çıxan nəticə bu idi ki, bizimlə əməkdaşlıq nəinki enerji təhlükəsizliyini təmin edib, üstəlik, haba çevrilmək şansları var. Maraqlıdır, deyilmi? Yunanıstanın xarici işlər naziri Azərbaycanın ölkəsinin təhlükəsizliyinin təminində oynadığı mühüm roldan danışır, müdafiə naziri isə İrəvana təşrif gətirərək revanşizmə can atdığı onlara da sirr olmayan Ermənistanı silahlandırmaq üçün əllərindən gələni edəcəklərini deyir və orada Fransa-Yunanıstan-Kipr-Ermənistan kvartetindən dəm vurulur. Afinadakılar görəsən fərqindədirlərmi ki, bu nankorluqları cavabsız qalmayacaq. Cavablardan da biri Türk Dövlətləri Təşkilatının iyulda Şuşada keçiriləcək zirvəsində olacaq”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR