İnsanlara hürriyət, millətlərə istiqlal!

DƏHŞƏTLİ qəza: ölənlər və yaralananlar var

784 26.05.2026 09:20 Hadisə A A

Ağsu rayonunda ağır yol qəzası olub.

Musavat.com xəbər verir ki, hadisə rayonun Dilman kəndi ərazisində qeydə alınıb.

Belə ki, “BYD” markalı minik avtomobilinin sürücüsü hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq qoruyucu daş-beton bəndinə çırpılıb, daha sonra bir neçə dəfə yuvarlanaraq təxminən 100 metr aralıda yerləşən Ağsu çayının yatağına düşüb.

Hadisə zamanı avtomobildə 4 nəfər olub. Qəza nəticəsində 27 yaşlı Cəfərov Kamran və 22 yaşlı Qasım Səid Asif oğlu hadisə yerində həyatını itirib.

Digər iki sərnişin - 21 yaşlı Baxışov İsmayıl Etibar oğlu və 20 yaşlı Şəfaqətov Şahvələt Asəf oğlu ağır bədən xəsarətləri alaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanası aparılıb.

Faktla bağlı araşdırma aparılır. Qəzanın başvermə səbəbi araşdırmalardan sonra məlum olacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR