İnsanlara hürriyət, millətlərə istiqlal!

DƏHŞƏTLİ QƏTL: Boşandığı arvadını ürəyindən bıçaqlayaraq öldürdü FOTO VİDEO

1139 04.02.2023 16:21 Kriminal A A

Türkiyənin Manisa şəhərində dəhşətli qətl hadisəsi baş verib. 

Musavat.com xəbər verir ki, Manisanın Soma rayonunda baş verən hadisədə kişi keçmiş həyat yoldaşını ürəyindən bıçaqlayaraq öldürüb.

Şübhəli şəxs qətli törətdi soyuq silahı ilə birlikdə  hadisə yerindən qaçmağa çalışarkən tutulub.

Manisanın Kırkağaç rayonunda evləndikdən sonra Somaya köçən Emre Sürün və həyat yoldaşı Bahar Kırbaş 2021-ci ildə boşanıb. 3 yaşlı qızı olan cütlüyün bir müddətdir birlikdə yaşadığı öyrənilərkən, cütlük dünən axşam saatlarında evlərində naməlum səbəbdən mübahisə etməyə başlayıb.

Eski koca dehşeti Kalbinden bıçaklayarak öldürdü

Mübahisə zamanı Emre Sürür keçmiş həyat yoldaşı Bahar Kırbaşı ürəyindən bıçaqlayıb. Hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra Bahar Kırbaş xəstəxanaya aparılıb. Xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq talehsiz qadını xilas etmək mümkün olmayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR