İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəhşətli QƏTL: 3 qadını güllələdi, daha sonra intihar etdi - FOTO, VİDEO

1198 24.09.2022 14:44 Hadisə A A

Türkiyədə bir kişi boşandığı arvadı və onun qohumlarını güllələyib.

Musavat.com xəbər verir ki, hadisə Türkiyənin Giresun şəhərində baş verib. 

Giresunun Espiye rayonunda baş verən hadisədə Nuri Çamur boşandığı arvadı Dilek Çamuru və qadının qohumları Damla Çubukçu və Ayşe Kılıçı güllələyib. Nuri Çamur daha sonra intihara cəhd edib və ağır yaralanıb. 

Əldə edilən məlumata görə, Nuri Çamur həyat yoldaşı Dilek Çamurla boşanma məsələsini müzakirə etmək üçün həyat yoldaşının  yaşadığı evə gəlib. Mübahisə başlayandan sonra Nuri Çamur evdə olan həyat yoldaşı Dilek Çamur və qohumları Damla Çubukçu və Ayşe Kılıçı tapança ilə vurub, daha sonra isə özünü güllələyib.

Hadisə zamanı ağır yaralanan Dilek Çamur, Damla Çubukçu və Ayşe Kılıç aparıldıqları Espiye Dövlət Xəstəxanasında həyatlarını itiriblər. Nuri Çamur isə ağır yaralanıb, hazırda müalicəsi davam edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR