Pekində yüngülmühərrikli təyyarə şəhərin ən hündür göydələninə çırpılıb.
Musavat.com xəbər verir ki, hadisənin şahidləri və rəsmi mənbələr qəza nəticəsində təyyarənin parçalandığını bildirirlər.
Qəza 109 mərtəbəli binada qeydə alınıb.
Məlumata görə, təyyarənin qalıqları ölkənin ən məşhur tikililərindən sayılan "CITIC Tower" (Çayna-Zun) qülləsinin şərq girişinin yaxınlığına tökülüb.
Hadisə yerinə dərhal çoxlu sayda operativ xidmət əməkdaşları və xilasedicilər cəlb olunub.
528 metr hündürlüyü ilə Pekinin ən uca binası hesab edilən "CITIC Tower" göydələnində insident zamanı ciddi bir dağıntı və ya struktur zədələnməsi qeydə alınmayıb.
Hadisə baş verən andan etibarən göydələndəki insanlar təhlükəsizlik məqsədilə dərhal təxliyə ediliblər. Binadan çıxarılan yüzlərlə insan hazırda göydələnin ətrafındakı küçələrə toplaşıb. Əraziyə gələn təcili yardım və yanğınsöndürmə briqadaları həm binanın daxilində, həm də ətrafında təhlükəsizlik tədbirlərini davam etdirir. Xəsarət alanların olub-olmaması barədə hələlik dəqiq məlumat verilmir, hadisə ilə bağlı araşdırma aparılır.
Musavat.com






