İnsanlara hürriyət, millətlərə istiqlal!

“Dədə Qorqud” filmindən maraqlı fakt: məşhur səhnə bu ərazidə çəkilib - Video

2913 12.04.2026 11:49 Mədəniyyət A A

1975-ci ildə rejissor Tofiq Tağızadə tərəfindən Kitabi-Dədə Qorqud dastanı əsasında çəkilmiş iki seriyalı bədii film olan “Dədə Qorqud” ilə bağlı maraqlı fakt ortaya çıxıb.


Musavat.com xəbər verir ki, filmdə “Beyrək”in zindandan xilas olduqdan sonra qızlara yaxınlaşıb çörək və su istədiyi məşhur səhnə Saray qəsəbəsinin Badamlıq ərazisində lentə alınıb.

Qeyd edək ki, ekran əsərinin ssenari müəllifi Anar Rzayev, quruluşçu rejissoru Tofiq Tağızadə, operatoru Rasim İsmayılov, rəssamı Nadir Zeynalov, bəstəkarı isə Emin Sabitoğludur.

Filmdə əsas rolları Həsən Məmmədov (Dədə Qorqud), Rasim Balayev (Beyrək), Həşim Qadoyev (Qazan), Hamlet Qurbanov (Qıpçaq Məlik), Leyla Şıxlinskaya (Banıçiçək), İnarə Quliyeva (Selcan), Şəfiqə Məmmədova (Burla Xatun), Elçin Məmmədov (Qaraca çoban), Əli Haqverdiyev (Yalıncıq), Fərhad Yusifov (Tural) canlandırıblar.

Xatırladaq ki, “Dədə Qorqud” filmi Azərbaycan kinosunun ən dəyərli ekran əsərlərindən biri hesab olunur.


Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR