İnsanlara hürriyət, millətlərə istiqlal!

“Daun və autizm spektrli uşaqlara psixoloji xidmət” adlı LAYİHƏ

71 10.05.2024 10:29 Ölkə A A

 Müasir Psixoloji Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Daun və autizm spektrli uşaqlara psixoloji xidmət”  adlı layihə həyata keçirir.

Təşkilat rəhbəri Aida Nəbiyeva Musavat.com-a  bildirdi ki, cəmiyyətin ən həssas və daha çox xüsusi qayğıya ehtiyacı olan təbəqəsi içərisində autizmli uşaqlar əsas yerlərdən birini tutur.

Autizm 3 yaşından etibarən ortaya çıxan uşağın  sosial münasibətlərinə və ünsiyyətinə mənfi təsir göstərən ömür boyu davam edən bir sindromdur.

Hazırda dünya əhalisinin 1% -dən çoxu bu sindromdan əziyyət çəkir. Dünyada olduğu kimi ölkəmizdə də autizmli uşaqların sayı artmaqda davam edir.

Sindromun reabilitasiyasında layihə çərçivəsində  tibbi, psixoloji, sosioloji və s. metodlardan geniş
istifadə edilir. Eyni zamanda daun və autizm spektrli uşaqların valideynləri ilə də müxtəlif səpkidə görüşlər nəzərdə tutulub.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR