İnsanlara hürriyət, millətlərə istiqlal!

Daşkənddə nələr müzakirə olunacaq?

817 09.11.2023 13:27 İqtisadiyyat A A

Xəbər verdiyimiz kimi, bu gün Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 16-cı Zirvə toplantısı keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir. O, tədbirdə çıxış edib.

Musavat.com xəbər verir ki, iqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun dediyinə görə, İƏT region ölkələrini özündə birləşdirən əsas regional qurumlardan biri hesab olunur:

“Bu təşkilatda bütün türk dövlətləri, eyni zamanda Azərbaycanın haqq işinə dəstək olan bir sıra regional ölkələr var. 7 milyon 937 min km2 ərazini əhatə edən təşkilata üzv olan ölkələrin birgə əhalisi 528 milyon nəfərdən çoxdur. Təşkilata üzv olan ölkələr 3.3 trilyon dollar nominal, alıcılıq qabiliyyəti pariteti (PPP) nəzərə alınmaqla 7.6 trilyon dollar real ÜDM-ə malikdirlər. Adambaşına düşən nominal ÜDM isə 6.5 min dollara yaxındır.

Azərbaycan İƏT-lə sıx əlaqələr qurub və təşkilat çəçivəsində ciddi əməkdaşlıq platformasının yaranmasına töhfə verir. Rəsmi Bakının İƏT-lə və bu təşkilata üzv əksər ölkələrlə kifayət qədər yüksək səviyyəli münasibətləri var. İƏT-in 9-cu və 12-ci Zirvə Toplantıları müvafiq olaraq 2006 və 2012-ci illərdə Bakıda keçirilib, Bakı Bəyannamələri qəbul edilib. Ötən ay isə Şuşa şəhərində təşkilatın Nazirlər Şurasının 27-ci iclası keçirildi”.

Millət vəkili bildirir ki, İƏT daha çox iqtisadi məsələlərə önəm verir və gözlənilir ki, müzakirə ediləcək məsələlər Orta Dəhlizin inkişaf etdirilməsi, nəqliyyat sahəsində əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı investisiya qoyuluşlarının həyata keçirilməsi və üzv ölkələrdə iqtisadi islahatların dəstəklənməsi istiqamətində olacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR