İnsanlara hürriyət, millətlərə istiqlal!

"Danışmağa imkan vermirdin, o veriliş, o da sən" - İslamdan Mətanətə

5554 18.09.2023 21:19 Şou-biznes A A

Xəbər verdiyimiz kimi, aparıcı İslam Mehrəliyev "Xəzər axşamı" şousundan ayrılıb.

Musavat.com axsam.az-a istinadən xəbər verir ki, yeni mövsümdən verilişi Mətanət Əliverdiyeva tək aparacaq. Bununla bağlı aparıcılar video çarx hazırlayıblar.

Çarxda İslamın Mətanətə "Onsuz da danışmağa imkan vermirdin. Get, o veriliş, o da sən. Nə qədər istəyirsən, danış" deməsi diqqət çəkib.

Belə ki, ötən mövsümdə də sosial şəbəkədə İslamın proqramda az danışdığı, M.Əliverdiyevanın ona imkan vermədiyi müzakirə olunurdu.

Qeyd edək ki, İslam "Space TV"də tamaşaçıların qarşısına çıxır. O, "Salamlar" adlı səhər proqramına aparıcılıq edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR