İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha Qarabağ boyda dərdimiz yoxdur! - İlqar Məmmədov

1195 16.10.2023 10:57 Siyasət A A

Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov da Prezident, Ali Baş Komandan İlham Əliyevin Xankəndidə bayrağımızı ucaltmasına reaksiya göstərib.

Musavat.com İlqar Məmmədovun sözügedən paylaşımını təqdim edir:  

"Bu gün Xankəndinin mərkəzi meydanında Azərbaycan Bayrağı yüksəldildi. Prezident İlham Əliyevin dürüst diplomatiyasının və bu diplomatiya ilə əlaqəli ordu işlərinin tarixi nəticəsinə bu axşam bir daha hamılıqla sevinirik. Daha Qarabağ boyda dərdimiz yoxdur!

O dərd ölkəmizin iqtisadi və mənəvi resurslarını durmadan yeyirdi. Bəzən həqiqi səbəb, bəzən bəhanə kimi. Dövlət və cəmiyyətimiz 1991-ci ildə yenidən doğulanda bu dərdlə birgə doğulmuşdu. Bərkidi və qalib gəldi. İndi azad ölkəyə yaraşan qanun-qayda əsasında, sərbəst yaşamağa haqqımız əvvəlkindən də çoxdur. Vətəndaşımızın bu haqqını bundan sonra tanımayanların işi asan olmayacaq. Hər kəsi bir daha təbrik edirəm!"

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR