İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha bir məşhur model plastik əməliyyatdan sonra öldü - FOTO

1936 06.10.2023 23:01 Şou-biznes A A

Məşhur argentinalı aktrisa və model Jaklin Karrieri estetik əməliyyatdan sonra 48 yaşında vəfat edib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, oktyabrın 7-də 49 yaşını qeyd etməyə hazırlaşan Karrieri pandemiyadan sonra iki azyaşlı uşağı ilə məskunlaşdığı Los-Ancelesdə dünyasını dəyişib.

Məlumata görə, model və aktrisalıqdan əlavə tanınmış sahibkar olan Karrierinin ölümünə səbəb estetik əməliyyatdan sonra səhhətində yaranan problemlər və fəsadlar olub.

Xatırladaq ki, digər argentinalı aktrisa və model, 43 yaşlı Silvina Luna etdirdiyi uğursuz plastik əməliyyatlardan sonra dünyasını dəyişib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR