İnsanlara hürriyət, millətlərə istiqlal!

Dağıstanda niqab taxmaq qadağan edildi - SENSASİON SƏBƏB VİDEO

1005 03.07.2024 10:57 Dünya A A

Dağıstanda qadınlara niqab taxmaq qadağan edilib.

Musavat.com xəbər verir ki, bununla bağlı Dağıstan Müftiliyi fətva verib.

Baxdığınız videoda bu barədə məlumat verilir. Orada qeyd olunur ki, bu qadağa müvəqqətidir, yaranmış kriminal vəziyyətlə bağlıdır. Vəziyyət düzələndən sonra hər şey öz axarına qayıdacaq.

Musavat.com xatırladır ki, ötən günlərdə Dağıstanda çox sayda ölümlə nəticələnən terror hadisələri baş verib. Kriminogen vəziyyət hələ də mürəkkəbdir və hər an partlayış xarakterli proseslər başlaya bilər.

Arayış üçün deyək ki, niqab gözlərdən başqa bütün bədən üzvlərini örtmək üçün qadınlar tərəfindən istifadə edilən bir növ pərdədir. Belə bir örtüyün altında rahat şəkildə terroristlər də gizlənə bilirlər. Güman olunur ki, məhz bu səbəbdən də onun istifadəsi müvəqqəti dayandırılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR