İnsanlara hürriyət, millətlərə istiqlal!

Dağıstanda məktəbdə terror aktına hazırlaşan yeniyetmə saxlanılıb

362 15.07.2024 15:09 Dünya A A

Dağıstanlı yeniyetmə məktəbdə terror aktı hazırlamaqda şübhəli bilinir. Musavat.com xəbər verir ki, bu barədə “Baza” Telegram kanalı məlumat yayıb.

Məktəbli FTX əməkdaşları tərəfindən saxlanılıb. Onun evində axtarış aparılıb. Hadisələr zamanı şagirdin üzərində Rusiyada qadağan olunmuş təşkilatın simvolları olan köynək və iki ədəd “Molotov kokteyli” aşkar edilib. Yerli stadionda daha bir neçə yandırıcı maye dolu şüşə və məktəbin planı tapılıb. Məlum olub ki, 16 yaşlı oğlan orada gizlənirmiş.

İstintaqın məlumatına görə, yeniyetmə təşkilata ötən il qoşulub.

“Mash” Telegram kanalının məlumatına görə, gənc məktəbi bitirib yerli kollecə müraciət etsə də, qeydiyyatdan keçə bilməyib. Onun mənzilində “Molotov kokteyli” ilə yanaşı, oxşar partlayıcıların hazırlanması üçün inqrediyentlər də tapılıb.

“Yeniyetmə yaxın gələcəkdə istintaq təcridxanasında qalacaq – onu terrorizmə görə 15 ildən 20 ilə qədər həbs gözləyir”, – nəşr yazır.

Qeyd edək ki, yayılan informasiyalarda məktəblinin adı çəkilmir, yaşadığı şəhərin və oxuduğu məktəbin ünvanı göstərilmir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR