İnsanlara hürriyət, millətlərə istiqlal!

Çuvaşiyada "Sibir xorası"na yoluxmuş mal əti məhv edilib

460 28.03.2023 16:50 Son xəbər A A

Rusiyanın kənd təsərrüfatı məhsullarına nəzarət idarəsi Çuvaşiyanın Staroe Aktaşevo kəndində kəsilmiş cöngənin qarayara xəstəliyinə ("Sibir xorası" )yoluxmuş ətinin məhv edilməsi barədə məlumat verib.

Musavat.com xəbər verir ki, bu barədə xəbəri Rusiya mediası idarənin rayon şöbəsinin məlumatına əsasən yayıb. 

"Baytarlıq xidmətinin əməkdaşları "Rosselxoznadzor" departamentinin nümayəndələrinin iştirakı ilə aşkar edilmiş kəsim məhsullarını səyyar yandırma zavodunda yandırıblar və dezinfeksiya tədbirləri həyata keçiriblər", - məlumatda deyilir.

Eyni zamanda idarədən əlavə ediblər ki, Staroe Aktaşevo kənd sakinindən ət alan iki qadının aldığı məmulat onlardan götürülüb.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR