İnsanlara hürriyət, millətlərə istiqlal!

Culian Assanjın həyat yoldaşı ABŞ-a müraciət etdi: Biabırçı hücumdan əl çəkin -FOTOLAR

927 20.05.2024 17:47 Dünya A A

“Bayden administrasiyası Culian Assanja qarşı olan iddiasına son verməlidir”.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Wikileaks” portalının təsisçisi Culian Assanjın həyat yoldaşı Stella Assanj London Ali Məhkəməsinin önündə jurnalistlərə açıqlamasında deyib. Stella Assanj hakimlərin Culian Assanja ABŞ-a ekstradisiyasına etiraz etmək hüququ verməsinin çox düzgün qərar olduğunu bildirib.

“Bayden adminstrasiyası bu məhkəmə iddiasına son verməlidir. İndi bunun tam vaxtıdır. Jurnalistikaya qarşı bu biabırçı hücumdan əl çəkin”,- deyə o, çıxışında qeyd edib.

Stella Assanj Culianın səhhəti məsələsinə də toxunub, onun böyük bir təzyiq altında olduğunu, beş ildir Belmarş həbsxanasında saxlanıldığını deyib.

“Bayden administrasiyası bu məhkəmə işindən ilk gündən əl çəkməli idi. 14 ildir ki, bu iş davam edir. Mən ABŞ-dakılara, bu qərarı vermək səlahiyyətində olanlara səslənirəm: Bu iddiaya son verin!”

Stella Assanj daha sonra Culian Assanjın qardaşı və atası ilə birgə Culiana dəstək olmaq üçün toplaşan insanlarla görüşüb.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR