İnsanlara hürriyət, millətlərə istiqlal!

"Çörəyimizi yemişdi, amma qardaşımı öldürdü" - VİDEO

1398 18.10.2023 12:09 Kriminal A A

"Xaçatryanla qardaşı Qurgen bizim evimizin qonağı olub, çörəyimizi kəsib. Amma qardaşımı qətlə yetirib".

Musavat.com xəbər verir ki, bu sözləri Yasamal Rayon Məhkəməsində Xocalının Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım törətməkdə təqsirləndirilən erməni Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə prosesində zərərçəkmiş Şamil Kazımov deyib.

Onun sözlərinə görə, ermənilər polis qardaşını mühasirəyə alaraq qətlə yetiriblər:

"Qardaşım yaralı idi, dedi ki, Xaçatryan və Armais məni aldadıb, mühasirəyə salıb maşınımı güllələdilər. Onlar bizim kəndi qarış-qarış tanıyırdılar. Bunlar hamısı bizim evdə çörəyimizi yeyib. Axırda bizə qənim kəsilib. Badaradan olan, bizim evdə çörək kəsən 50-60 erməni Meşəliyə hücum etdi. Qardaşımı pulemyotla vurmuşdular".

Şamil Kazımov erməni dilini yaxşı bildiyini, bu səbəbdən ermənilərin riyakarcasına gördükləri işlərdən xəbəri olduğunu deyib:

"Onlar gecə saat 4-də kino gətirib göstərirdilər, milləti inandırırdılar ki, türklər onları qırıb. O kinonu isə özləri çəkirdilər. Bunlar belə şərəfsizdirlər. Qardaşımla çörək kəsə-kəsə onu qətlə yetirən şərəfsizdirlər".

Xalidə Gəray
Video müəllifindir
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR