İnsanlara hürriyət, millətlərə istiqlal!

Çöldə tapılan 6 cəsədə görə 5 nəfər həbs edilib

1129 30.01.2024 13:17 Dünya A A

Ötən həftə ABŞ-ın Kaliforniya ştatında çöldə 6 nəfərin güllələnərək öldürülmüş cəsədi tapılıb. Hadisə ilə bağlı 5 şübhəli saxlanılıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Kaliforniyadakı San Bernardino dairəsi şerifinin rəsmiləri Toniyel Baez-Duarte, Mateo Baez-Duarte, Xose Nikolas Hernandez Sarabiya, Xose Qreqorio Hernandez Sarabiya və Xose Manuel Burqos Parra kimi tanınan beş şübhəlinin həbs edildiyini açıqlayıb.

Bütün şübhəlilər zaminə buraxılmadan saxlanılıb, həbslər zamanı 8 silah müsadirə edilib.

İstintaqdan sonra müstəntiqlər belə bir qənaətə gəliblər ki, qurbanlar marixuana alqı-satqısı üçün görüş təşkil ediblər. Səlahiyyətlilərin bildirdiyinə görə, zərərçəkənlərin cinayət fəaliyyətində də iştirak etdikləri güman edilir.

Güllələnərək öldürülən qurbanların altı cəsədindən dördü yandırılıb. Səlahiyyətlilər onlardan yalnız üçünün şəxsiyyətini müəyyənləşdiriblər Bunlar Baldemar Mondragon-Albarran, Franklin Noel Bonilla və Kevin Dariel Bonilladır.

Faktla bağlı istintaq davam edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR