İnsanlara hürriyət, millətlərə istiqlal!

Çöhrəqanlının Azərbaycana girişini əngəlləyən səbəb - İran təxribatlarından qalmırsa...

1354 06.05.2023 10:38 Gündəm A A

Mayın 1-də ABŞ-dan Bakıya gəlmək üçün yola çıxan Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) rəhbəri Mahmudəli Çöhrəqanlı “Türk Hava Yolları”nın təyyarəsinə buraxılmayıb. Bu barədə M.Çöhrəqanlının yaxınları məlumat verib.

Bildirilib ki, onun Türkiyəyə girişi də yasaq olduğu üçün “Türk Hava Yolları” ilə uçmasına izin verilməyib. M.Çöhrəqanlıya deyilib ki, onun Türkiyə ərazisindən tranzit kimi istifadə edə bilməsi üçün Bakıdan rəsmi dəvətinin olması və onu təqdim etməsi vacibdir. Bu səbəbdən o, təyyarəyə minə bilməyib və hava limanından geri qayıdıb.

Qeyd edək ki, M.Çöhrəqanlı 1 mayda Bakıya gələcəyini bildirmişdi və təyyarə bileti aldığını da nümayiş etdirmişdi.

“Problemin haradan yarandığını araşdırırıq. Bəziləri deyir ki, İranın işidir. ”Hüseyniyyun" qrupunun əngəl olduğunu söyləyənlər də var. Güman edilir ki, kimlərsə gəlişimə süni əngəl yaradıb, bəziləri də “beşinci kolon”un əli olduğunu düşünür. Belə bir şey görməmişdim və anormal bir hadisədir".

Bunu Axar.az-a M.Çöhrəqanlı deyib. Onun sözlərinə görə, məsələdə Türkiyənin rolu yoxdur və bunu dəqiq araşdırıb, incələmək lazımdır: “Dünyanın hər yerinə bilet almaq olur. Vaxtında hava limanında olub, biletini verib, hara istəsən, uça bilirsən. Hava limanında giriş-çıxış xətləri olur. Xarici xətdən iç xəttə girmək üçün dövlət icazə verməlidilər. Ağrı Qaradağlı bizdən bir gün öncə İran pasportu ilə Türkiyədən Bakıya getdi və vizası da yox idi. Vizanı elə hava limanında rahat bir şəkildə, ödəniş edərək aldı. Mənim məsələm də belə olmalı idi. Tarixdə ilk dəfədir ki, bir nəfəri təyyarəyə minməyə qoymurlar. Bahənə edirlər ki, guya Türkiyə yasaq qoyub. Bunlar boş sözlərdir”.

O, Bakı səfərinin ləğvinə səbəb olan maneənin bir gün əvvəl tərtib edildiyini bildirib: “Bizə dedilər ki, belə bir qanun var. Soruşduq, nə zaman qoyulub bu qanun, dedilər bu gün. Oğlum Arpaslanın bir dostu var idi, Dallas hava limanında onunla təmasa girdi və elə bir bəndin orada olmadığı məlum oldu. Yəni bizim səfərimizə əngəl olmaq üçün keçən ayın 30-da o bəndi ora qoydular və səfərimiz ləğv olunduqdan sonra bəndi götürdülər. İndi buna görə kim məsuliyyət daşıyır, bilmirəm”.

Çöhrəqanlı səfərinin ləğv olunmasında “Hüseyniyyun” qrupunun üzvlərinin tutulması ilə bir bağlılığın olduğunu iddia edib: “Müxtəlif versiyalar var. ”Hüseyniyyun" qrupunun tutulması ilə bağlı olduğunu düşünürəm. Bizim səfərimizdən iki gün qabaq onları tuturlar və səfərim ləğv olunandan sonra buraxırlar. Burada bir qarışıqlıq var. Dəqiq deyə bilmirəm. Amma Vətən sağ olsun!"

Zahid Oruc: Otuz il ərzində istismar etdikləri qızıl-mis yataqları  ermənilərin saxta dövlətini xilas etmir - AZƏRTAC

Zahid Oruc: “Əminəm ki, onun Azərbaycana gəlməsi mümkün olacaq”

Millət vəkili Zahid Oruc “Yeni Müsavat”a bildirdi ki, M.Çöhrəqanlının səfərinin təxirə salınmasına birtərəfli yanaşmaq doğru olmazdı. O, bir sıra həssas məsələyə daha diqqətli yanaşmanın tərəfdarıdır: “İran-Azərbaycan əlaqələri müstəqillik dövründə ən aşağı səviyyəyə düşüb. Münasibətlərin bu səviyyədə olması Azərbaycanın seçimi deyil. Bu vəziyyət ayrı-ayrı dairələrin iddia etdiyi kimi heç bir beynəlxalq sifariş, ölkəmizi forposta çevrilmək istəyi, İran tərəfindən sionist dairələrin planı ilə bağlı deyil, İkinci Qarabağ müharibəsinin İrana qarşı savaşın tərkib hissəsinə çevrilməsi kimi amillərlə qəti əlaqəsi yoxdur. Dövlət rəhbərliyi ilə İran tərəfinin müxtəlif formatlarda danışıqları var. Ölkə rəhbəri tarixi Şuşa şəhərindən ciddi siyasi bəyanatlar səsləndirib. Beynəlxalq konfransın əsas panellərindən birinin İran amili üzərindən getdiyini gördük. Azərbaycan dövləti ölkəmizə qarşı həyata keçirilən terror əməllərinə, İran-Ermənistan münasibətlərinin ölkəmizin mənafelərini təhdid etməsinə, Araz vadisində keçirilən təlimlərə, informasiya sahəsində gündəlik tirajlanan anti-Azərbaycan bəyanatlarına və s. son qoyulmasını və İrandan müəyyən zəmanət almaq istəyir”.

Z.Oruc M.Çöhrəqanlıya Azərbaycanın münasibətinin normal olduğunu qeyd etdi: “O uzun illərdir İran hakimiyyətinə, dini-siyasi sistemə qarşı mübarizə apardığını bəyan edib. Bu baxımdan  M.Çöhrəqanlı ilə bağlı xüsusi problemin olduğunu düşünmürəm. Azərbaycan həm regionda, həm də beynəlxalq miqyasda mənafeyinin qorunması üçün müxtəlif, çoxparametrli siyasət həyata keçirir. Bu sırada İrandan gələn təhlükələri azaltmaq, neytrallaşdırmaq da var. Azərbaycan 90-cı illərdə ABŞ və Qərb dairələrinin İrana qarşı sanksiyalarını, embarqolarını dəstəkləməyibsə, bu ambisiyalarımızın artdığı demək deyil, İrana qarşı hücum planı hazırlığı ilə bağlı iddiaların əsası yoxdur. Əminəm ki, M.Çöhrəqanlının Azərbaycana gəlməsi mümkün olacaq”. 

Şeirlər - Sayman ARUZ | Edebiyyatqazeti.az

Sayman Aruz: “Azərbaycan dövləti Çöhrəqanlının səfərinə maneə yaratmaz”

Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri Sayman Aruz mövzunu “Yeni Müsavat”a şərh edərkən qeyd etdi ki, Çöhrəqanlının Azərbaycana gəlməməsinin səbəbi birbaşa fars-molla hakimiyyətinin anti-Azərbaycan təfəkkürü, cənubi azərbaycanlılarla bağlı düşmənçilik münasibətidir: “Çöhrəqanlının Azərbaycana gələ bilməməsi birbaşa İran dövlətinin məsuliyyətidir. Bu rejim bir çox ölkədə öz əlaltıları vasitəsilə maneələr yaradır. Günahı başqa yerdə axtarmaq lazım deyil. İranda ”Hüseyniyyun" terror təşkilatının üzvləri Azərbaycanda “kərimə” dövləti yaratmaq, ölkəmizdə asayişi, milli təhlükəsizliyi pozmaq və terrora cəhd kimi ciddi ittihamla üz-üzə qalıblar. Azərbaycan dövləti haqlı olaraq terrorçu dəstə və onun üzvlərinə qarşı iddialar qaldırır, İrandan izahat tələb edir. “Hüseyniyyun” terror təşkilatının üzvlərinin bir neçə gün İranda saxlanması və dindirilməsi sadəcə, şou idi. Azərbaycanın etirazı əsasında onları çağırıb, “dindirmə” adı ilə qonaq edib yola salıblar. Bunun Çöhrəqanlı ilə bağlılığının olduğunu düşünmürəm. O nə zaman gəlsə, eyni maneə yaranacaq. Bu və digər halları nəzərə alaraq, cənubi azərbaycanlıların təşkilatlanması vacibdir. Azərbaycan dövləti Çöhrəqanlının səfərinə maneə yaratmaz. İstər yerli, istərsə də xarici vətəndaşın cinayət əməli yoxdursa, Azərbaycana giriş qadağan deyil".

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR