İnsanlara hürriyət, millətlərə istiqlal!

CNN: ABŞ İrana regionda gərginliyə can atmadığını birbaşa bildirib

352 09.11.2023 08:00 Dünya A A

ABŞ Vaşinqtonun Yaxın Şərqdə münaqişənin eskalasiyasını istəmədiyi barədə “İranla birbaşa əlaqə saxlamaq üçün əlavə səylər göstərib”.

“Report” xəbər verir ki, bu barədə CNN-ə Pentaqonun yüksəkrütbəli nümayəndəsi bildirib.

Bu, Pentaqonun İran İslam İnqilabı Keşikçiləri Korpusunun istifadə etdiyi Suriyadakı silah anbarına hava zərbəsi endirdiyini elan etməsindən sonra baş verib. ABŞ bildirib ki, bu, İranın dəstəklədiyi qrupların regiondakı ABŞ əsgərlərinə, demək olar ki, gündəlik hücumlarına cavabdır.

“İsrail və HƏMAS arasında davam edən münaqişə nəticəsində yaranan gərginliyin artması fonunda biz İran, onun İraqdakı, Livandakı qrupları və regional tərəfdaşlarımızla birbaşa əlaqə yaratmaq üçün əlavə addımlar atdıq. Biz bildirməyə çalışırıq ki, bizim hərəkətlərimiz İsrail və HƏMAS arasındakı münaqişəyə yanaşmanın dəyişməsi demək deyil və regional münaqişəni qızışdırmaq niyyətimiz yoxdur”, – telekanalın mənbəsi deyib.

Pentaqonun nümayəndəsi həmçinin qeyd edib ki, ABŞ İraq və Suriyada İranın dəstəklədiyi qrupların hücumlarına cavab olaraq Yaxın Şərqdəki bazalarına əlavə “Patriot” batareyaları yerləşdirib.

CNN xatırladıb ki, Pentaqon daha öncə “Patriot” sistemlərinin ABŞ-dən Yaxın Şərqə ötürüldüyünü bəyan edib, lakin onların sayını və təyinatını açıqlamayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR