İnsanlara hürriyət, millətlərə istiqlal!

ÇL-də daha 5 komanda pley-offa vəsiqə qazana bilər

1017 25.10.2022 10:15 İdman A A

Bu gün Çempionlar Liqasının qrup mərhələsində 5-ci tur start götürəcək.

Qol.az xəbər verilir ki, ilk oyun günündə 4 qrupda 8 oyun keçiriləcək. Bununla pley-offun daha 5 iştirakçısı bəlli ola bilər.

E qrupunda "Çelsi" (İngiltərə) səfərdə "Zaltsburq"a (Avstriya) qalib gəlsə, 1/8 finala vəsiqəni təmin edəcək. Qrupun digər matçında Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi Zaqreb "Dinamo"su evdə "Milan"ı (İtaliya) qəbul edəcək.

F qrupunda "Leyptsiq" Almaniyada "Real"ı (İspaniya) məğlub etsə, qrup 2-cisi kimi pley-offa adlaya bilər. Bunun üçün həm də "Şaxtyor" (Donetsk, Ukrayna) Şotlandiyada "Seltik"ə uduzmalıdır.

G qrupunda Dortmund "Borussiya"sı evdə "Mançester Siti"ni (İngiltərə) üstələsə, adını növbəti mərhələyə yazdıracaq. Danimarka "Kopenhagen"i "Sevilya" ilə İspaniyadakı görüşdə xal itirsə, Bundesliqa təmsilçisini qrupdan çıxmaq üçün heç-heçə də qane edəcək.

H qrupunda isə PSJ (Fransa) və "Benfika" (Portuqaliya) 1/8 finalın 1 addımlığındadır. Paris klubu evdə İsrailin "Makkabi" (Hayfa) komandasına, Lissabon təmsilçisi isə İtaliya "Yuventus"una məğlub olmasa, 1/8 finala vəsiqə qazanacaq.

Qeyd edək ki, daha əvvəl İtaliyanın "Napoli", Belçikanın "Brügge", Almaniyanın "Bavariya", İspaniyanın "Real Madrid" və İngiltərənin "Mançester Siti" komandaları pley-off vəsiqəni təmin ediblər.

Çempionlar Lİqası? qrup mərhələsi, 5-ci tur

25 oktyabr

E qrupu

20:45. "Zaltsburq" (Avstriya) - "Çelsi" (İngiltərə)

23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Milan" (İtaliya)

Xallar: "Çelsi" - 7, "Zaltsburq" - 6, "Milan" - 4, "Dinamo" - 4

F qrupu

23:00. "Seltik" (Şotlandiya) - "Şaxtyor" (Donetsk, Ukrayna)

23:00. "Leyptsiq" (Almaniya) - "Real" (İspaniya)

Xallar: "Real Madrid" - 10, "Leyptsiq" - 6, "Şaxtyor" - 5, "Seltik" - 1

G qrupu

20:45. "Sevilya" (İspaniya) - "Kopenhagen" (Danimarka)

23:00."Borussiya" (Dortmund, Almaniya) - "Mançester Siti" (İngiltərə)

Xallar: "Mançester Siti" - 10, "Borussiya" - 7, "Sevilya" - 2, "Kopenhagen" - 2

H qrupu

23:00. PSJ (Fransa) - "Makkabi" (Hayfa, İsrail)

23:00. "Benfika" (Portuqaliya) - "Yuventus" (İtaliya)

Xallar: PSJ - 8, "Benfika" - 8, "Yuventus" - 3, "Makkabi" - 3

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR