İnsanlara hürriyət, millətlərə istiqlal!

“Çıxış yolu birdir: sülh müqaviləsinin imzalanması”-Arzu Nağıyev  

425 13.12.2023 17:12 Siyasət A A


“Məlumdur ki, Ermənistan hər hansı bir ciddi qərarı öz havadarlarının icazəsi olmadan verə bilməz. Burda həm Fransa, ABŞ- ın müəyyən dairələri, hətta deyərdim ki, Rusiya da öz fikrini bildirməlidir”.


Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev bunu Musavat.com-a açıqlamasında rəsmi İrəvanın sülhü imzalamaqdan ötrü özündə siyasət iradəyə sahib olub-olmadığı barədə danışarkən söyləyib. Onun sözlərinə görə, Ermənistan nə qədər avantürist açıqlamalar versə də, bir çox addımlarını razılaşdırır: “Bu da onunla bağlıdır ki, ölkə daxilində həddən çox Rusiya yönümlü siyasətçilər və qurumlar mövcuddur”.

A.Nağıyev əminliklə söyləyib ki, sülhün bərqərar olması ən çox Ermənistanın özünə lazımdır: “Bu gün Paşinyan və onun komandasının hətta “Qarabağ klanı”nın siyasətdən uzaqlaşdırma cəhdi, kilsənin bu siyasi gedişlərə qoşulmaq imkanını azaltması ondan xəbər verir ki, əsas məqsəd vətəndaşı düşdüyü ciddi problemlərdən xilas etmək və tənəzzülə uğramış iqtisadiyyatı dirçəltməkdir. Çıxış yolu isə birdir: sülh müqaviləsinin imzalanması”.

Deputat qeyd edib ki, Azərbaycan qalib və diktə edən tərəf kimi öz prinsiplərində israrlıdır və bununla yanaşı humanist addımlar da atır: “Bundan başqa, Bakı Ermənistanı da təbii ki, qarşılıqlı şəkildə beynəlxalq platformalarda dəstəkləyə bilər. Ermənistan da başa düşür ki, Azərbaycanı tək Cənubi Qafqazda deyil, Avropada, ABŞ-da, Rusiyada, ümumiyyətlə, bütün dünyada ciddi tərəfdaş və müstəqil daxili-xarici siyasətə sahib olan dövlət kimi qəbul edirlər”.

A.Nağıyev sülhüm vasitəçilərsiz əldə olunmasını daha real sayır: “Təbii, kimlərsə çalışacaq ki, sülhün bərqərar olmasına mane olsun, Lakin gedişat göstərir ki, vasitəçi olmadan belə sülh mümkündür. Daxili çəkişmələrin də əsas tətikçisi təbii ki, xarici havadarlardır. Həmin qüvvələr yaxşı başa düşürlər ki, imzalanacaq yekun sülh törətdikləri cinayət əməllərinə görə onları hakim qarşısına gətirəcək. Ona görə də müxtəlif istiqamətlərdə müqavimətlər göstərməyə çalışacaqlar. Lakin Ermənistan hökuməti də israrlı olmağa çalışır və vətəndaşın rəyini də nəzərə almağa çalışır. Əks halda, müharibənin acısının nə olduğunu bilən xalqla üz-üzə gələcəklərindən çəkinirlər”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR